"çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante yenidən zədələnib. Matc.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən həftə dizindəki zədənin təkrarlanmasından sonra Kante bir neçə həftə yaşıl meydanlardan kənarda qalmalıdır.
 
Beləliklə, futbolçu 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatını buraxma riski ilə üzləşib. "L'Equipe" nəşri Dç-2018-dəki çempion heyətdə yer alan Kantenin növbəti mundialı buraxacağının dəqiqləşdiyini yazıb. "The Athletic"in xəbərində isə futbolçunun təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
 
Fransa millisinin baş məşqçisi Didye Deşam 2022-ci il dünya çempionatı üçün heyəti noyabrın 9-da açıqlamalıdır.
 
Kante sonuncu dəfə avqustun 14-də meydana çıxıb. Daha əvvəl mediada "çelsi"nin Kante ilə müqaviləni yeniləmək niyyətində olmadığı barədə məlumatlar yayılmışdı. London klubunun səbəblərindən biri də fransalı yarımmüdafiəçinin tez-tez zədələnməsidir. Kante 2022/23 mövsümündə cəmi iki oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest