PSJ-nin hücumçusu Lionel Messi UEFA çempionlar Liqasının (çL) qrup mərhələsinin 4-cü turu çərçivəsində Fransada "Benfika"ya qarşı keçirəcəkləri oyunu buraxacaq. Matc.az xəbər verir ki, 35 yaşlı futbolçu zədə səbəbindən meydana çıxmayacaq.
 
"Reyms"lə qolsuz heç-heçə etdikləri Liqa 1-in 10-cu tur matçında iştirak etməyən Messi, Paris təmsilçisinin bugünkü hazırlıq prosesinə də qatılmayıb. Argentinalı oyunçu baldır nahiyəsindəki zədədən əziyyət çəkir.
 
Oktyabrın 11-də keçiriləcək PSJ – "Benfika" matçına saat 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest