Futbol üzrə Argentina millisinin və Fransanın PSJ klubunun hücumçusu Lionel Messi UEFA çempionlar Liqasındakı şəxsi rekordunu yeniləyib. Matc.az xəbər verir ki, 35 yaşlı hücumçu buna qrup mərhələsinin 3-cü turu çərçivəsində Portuqaliyada "Benfika"ya qarşı keçirdikləri səfər oyununda qol vurmaqla nail olub.
 
22-ci dəqiqədə adını tabloya yazdıran təcrübəli forvard turnirdə qol vurduğu komandaların sayını 40-a çatdırıb. Onun bu siyahıdakı ən yaxın izləyicisi Kristiano Ronaldodur. Hazırda "Mançester Yunayted"də çıxış edən portuqaliyalı futbolçu çL-də 38 komandaya qol vurub.
 
Yeri gəlmişkən, Messi çL-də vurduğu qolların ümumi sayını da 127-yə çatdırıb. Hansı ki, bu siyahıya da 140 qolla Kristiano Ronaldo başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest