Almaniya çempionu "Bavariya" UEFA çempionlar Liqasında yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, Münhen təmsilçisi qitənin ən nüfuzlu klub turnirində məğlubiyyətsiz oyunlar seriyasını 31-ə çatdırıb.
 
Sözügedən komanda son olaraq ötən gecə Plzen "Viktoriya"sını (çexiya) 5:0 hesabıyla məğlub edib. Bu, münhenlilərin cari mövsümdəki ardıcıl 3-cü qələbəsidir.
 
Bu qələbə sayəsində "Bavariya" həm də Madrid "Real"ına (İspaniya) məxsus rekordu qırıb. Madrid təmsilçisi buna qədər çL-də 30 oyunluq məğlubiyyətsiz seriyaya malik idi. Almaniya nəhəngi artıq 31 oyunluq məğlubiyyətsiz seriya ilə "Real"ın uğurunu geridə qoyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest