"Klubun prezidenti Cici Beqali ilə komandanın "sükanı arxasına" keçməklə bağlı danışığım olmayıb". Matc.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniyanın "Styaua" klubuna mümkün qayıdışı ilə bağlı "Digisport" nəşrinə açıqlamasında deyib.
 
O, Beqaliylə yaxın dost olduğunu bildirib: "Biz həmişə çox şeyi müzakirə edirik. Onun məsləhətləri hər zaman mənə kömək olur".
 
Regekampf gələcəkdə "Styaua"nın baş məşqçisi ola biləcəyini istisna etməyib: "Əmin olun ki, komandanın "sükanı arxasına" keçəsi olsam, bunun üçün Beqali ilə danışıq aparmağa ehtiyac yoxdur. O, məni tanıyır. Bunu danışıqlarla yox, ürəkdən edirik".
 
Mövsümün əvvəlində "Neftçi" ilə müqavilə imzalayan Regekampf 2012-2014 və 2015-2017-ci illərdə "Styaua"ya rəhbərlik edib. Komanda rumıniyalı mütəxəssislə iki dəfə ölkə çempionu olub, Avropa Liqasının 1/8 final və çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest