30 Oktyabr 2026, 10:10
FUTBOL
İngiltərənin “Everton” klubunda Cek Qrilişlə bağlı intizam problemi yaşanıb. Matc.az xəbər verir ki, 31 yaşlı futbolçu klubun intizam qaydalarını pozduğu üçün İngiltərə Liqa kubokunun 1/8 finalında “Nyukasl”la keçirilən oyunun heyətinə daxil edilməyib.
Məlumata görə, Qriliş bazar ertəsi klubun məşqində icazəsiz iştirak etməyib. Bu səbəbdən baş məşqçi Devid Moyes və klub rəhbərliyi futbolçunu cəzalandırmaq qərarına gəlib.
“Everton” qarşılaşmada “Nyukasl”ı 3:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Bildirilib ki, Qriliş yenidən məşqlərə qoşulub və insidentə görə cərimələnməsi gözlənilir.
Mahir AXUND













