30 Oktyabr 2026, 11:00
FUTBOL
Braziliyalı futbol əfsanəsi Ronaldinyo yenidən peşəkar futbolda çıxış etməyə hazırlaşır. Matc.az xəbər verir ki, 46 yaşlı sabiq futbolçu noyabrın 15-də İtaliyanın “Ravenna” klubunun heyətində meydana çıxacaq. Komanda həmin gün “Forli” ilə qarşılaşacaq.
Maraqlıdır ki, Ronaldinyo sonuncu dəfə 2015-ci ildə peşəkar səviyyədə futbol oynayıb. O, 2018-ci ildə karyerasını rəsmən başa vurub.
Qeyd edək ki, 2002-ci ildə Braziliya millisi ilə dünya çempionu olan Ronaldinyo 2005-ci ildə “Qızıl top” mükafatına da layiq görülüb. O, “Barselona”, PSJ və “Milan” kimi klublarda çıxış edib.
Mahir AXUND

_1793359271.jpg)











