30 Oktyabr 2026, 17:38
FUTBOL
İspaniyanın «Barselona» klubunun baş məşqçisi Hans-Dieter Flik 2026-cı ilin «Qızıl top» mükafatının sahibi, Almaniyanın «Bavariya» klubunun və İngiltərə yığmasının hücumçusu Harri Keyn haqqında fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, Flikin fikirlərini «Barselona»nın mətbuat xidməti yayıb.
«Harri Keyn də “Qızıl top”a layiq idi, amma Lamin Yamal haqqında fikrimi artıq bilirsiniz. Məşqlərdə daha çox konsentrasiya göstərir. Çempionlar məhz belə reaksiya verir. Onun mentaliteti komanda üçün çox faydalıdır» – deyə, Flik bildirib.
«Barselona» və İspaniya yığmasının 19 yaşlı yarımmüdafiəçisi Lamin Yamal səsvermənin yekunlarına görə üçüncü yeri tutub. İkinci yeri İspaniyanın «Real Madrid» klubunun və Fransa yığmasının hücumçusu Kilian Mbappe qazanıb.


_1694603125.png)










