30 Oktyabr 2026, 10:15
FUTBOL
İngiltərə Liqa kubokunda “Flitvud Taun” – “Arsenal” qarşılaşması qeyri-adi hadisə ilə yadda qalıb. Matc.az xəbər verir ki, görüş zamanı stadionun üzərində dron peyda olub. Hakim təhlükəsizlik səbəbindən oyunu təxminən 10 dəqiqə dayandırıb.
Dronun hərəkəti səbəbindən futbolçular meydanda gözləməli olublar. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb və yaxınlıqda olan bir şəxslə söhbət aparacağını bildirib.
Maraqlıdır ki, aşağı liqa təmsilçisi “Flitvud Taun” sonradan penaltilər seriyasında “Arsenal”ı məğlub edərək növbəti mərhələyə yüksəlib.
Mahir AXUND













