İspaniyanın “Real” komandası 2022/23 mövsümünə uğurlu başlayıb. Matc.az xəbər verir ki, Madrid təmsilçisi bu mövsüm bütün turnirlər çərçivəsində keçirdiyi 8 oyunun hamısında qalib gəlib.
 
Bu, “Real”ın son 54 ildə ən yaxşı startıdır. 1961/62 mövsümündə də komanda ilk 8 matçda qalib gəlib. Madridlilər yalnız 1968/69 mövsümünün əvvəlində daha yaxşı çıxış edib. Komanda startda 11 görüşdə qələbə qazanıb.
 
“Real" növbəti oyununu La Liqada sentyabrın 18-də "Atletiko"ya qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest