Dünən çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində 2 oyun keçirilib. Matc.az saytının məlumatına görə, baş tutan hər iki qarşılaşmada qol səsi çıxmayıb.

Belə ki, həm "Liverpul" - "Bavariya", həm də "Lion" - "Barselona" qarşılaşması qolsuz bərabərliklə nəticələnib. Matçlardan sonra komandaların baş məşqçiləri və futbolçuları fikirlərini bölüşüblər.

Yurgen Klopp ("Liverpul"un baş məşqçisi): "Hər şeyin ilk dəqiqədən yolunda getdiyi gün deyildi. Son ötürmələri düzgün verməmək işimizi çətinləşdirdi. Ancaq bəzi məqamlarda müsbət hal müşahidə etdim. Nəzərə alaq ki, çox güclü komanda ilə qarşılaşırdıq. Evdə ən yaxşı heç-heçə 0:0-dı. Əlbəttə ki, biz bunu xəyal etmirdik. Nəticə nə yaxşı, nə də pis oldu. Hər iki komanda pressinqə üstünlük verirdi. Fikrimcə, rəqibdən daha sürətli idik".

Endi Robertson ("Liverpul"un müdafiəçisi): "Bavariya" neçə ildi ardıcıl olaraq pley-off mərhələlərində iştirak edir. Onlar səfərdə necə müdafiə olunmaq lazım olduğunu bilirlər. öz gücümüzə güvənərək Münhenə getməliyik. Bu gün olduğu kimi, səfərdə də "Bavariya"nın hücumlarının qarşısını ala bilərik. Ən vacibi isə qol vurmaqdı".

Niko Kovaç ("Bavariya"nın baş məşqçisi): "Heç-heçə etməklə məqsədimizə çatdıq. İndi Münhendə işi tamamlamalıyıq. Əsas odu ki, səfərdə qol buraxmadıq və uduzmadıq. Rəqibə məhdud sayda təhlükəli vəziyyət yaratmaq imkanı verdik. Bu da taktiki və texniki cəhətdən düzgün oynadığımızı göstərir. Müdafiədə səhvsiz idik, hücumda da müəyyən qədər effektli çıxış etdik. Belə oyunlarda ən xırda detallar cütün taleyini həll edir. Cavab görüşünü gözləmək lazımdı. çox çalışmağa davam etməli və evdəki qarşılaşmaya yaxşı köklənməliyik".

Manuel Noyer ("Bavariya"nın qapıçısı): "Kiminlə qarşılaşdığımızı yaxşı bilirik. "Liverpul" sürətli hücum oyunçularına malikdi. Biz komanda oyununu yüksək səviyyədə keçirdik və meydanda kompakt yerləşdik. Yaxşı nəticə əldə etmək istəyirdik, təəssüf ki, qol vura bilmədik. Səfər qolu hər zaman önəmlidi. Ancaq hücum gücümüz kifayət etmədi. Cavab oyunu öncəsi uyğunlaşma pis deyil. Matçdan əvvəl hesabın 0:0 olacağı deyilsəydi, bunu müsbət qarşılayardıq ".

Bruno Jenezio ("Lion"un baş məşqçisi): "Daha yaxşı nəticəyə ümid edirdik. Birinci hissədə bunun üçün imkanlarımız da oldu. Ancaq ikinci hissədə dözmək məcburiyyətində qaldıq və rəqibə çox qol imkanı verdik. Hücumlardan sonra topu çox tez itirirdik. İkinci hissədə topa nəzarət etmək baxımından ustalığımız çatmadı. Müdafiə xəttindən razı qaldım. Bununla yanaşı, hücumda da kəsərli olmaq lazımdı. Hələ də növbəti mərhələ şansınız qalır".

Bertran Traore ("Lion"un hücumçusu): "Qol vurmaq şanslarımız oldu, ancaq yararlana bilmədik. Etibarlı müdafiə olunduq. Belə oyunlarda intizamlı çıxış etmək çox vacibdi. 0:0 cavab görüşü öncəsi yaxşı nəticədi".

Ernesto Valverde ("Barselona"nın baş məşqçisi): "Daha yaxşı nəticə gözləyirdik. çox güc sərf etsək də, istəyimizə çata bilmədik. Bizim günümüz deyildi. Halbuki görüşə yaxşı köklənmişdik. Evdə uğurlu çıxış edirik, ancaq 0:0 təhlükəli hesabdı. Cavab matçında qələbə qazanmalıyıq. Azarkeşlərimizin dəstəyinə ehtiyacımız olacaq".

Serxio Buskets ("Barselona"nın yarımmüdafiəçisi): "Daha yaxşı nəticəyə layiq idik. Hücumlarda sonluğu gətirmək məsələsində bəxtsizliklərlə üzləşdik. Oyun ərzində qol vəziyyəti yaratmasaydıq, bundan narahat ola bilərdik. özümüzə güvənirik. Mərhələni keçmək istəyiriksə, iki görüşün birində qələbə qazanmalıyıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest