çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Lion"la qarşılaşan "Barselona" evə 0:0 hesablı bərabərliklə dönüb. Matc.az saytının məlumatına görə, bununla kataloniyalıların hücumçusu Luis Suares növbəti dəfə meydanı qolsuz tərk edib.

Uruqvaylı forvardın, xüsusən də, səfər görüşlərindəki göstəricisi ürəkaçan deyil. Təsadüfi deyil ki, Suares çL-də ardıcıl 16-cı səfər matçından da əliboş dönüb. O, axırıncı dəfə 2015-ci ilin sentyabrında "Roma" ilə İtaliyadakı qarşılaşmada fərqlənib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 13-də "Nou Kamp"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest