FİFA DÇ-2022-nin seçmə mərhələsinin yarımçıq dayandırılmış Braziliya - Argentina oyunu ilə bağlı əvvəlki qərarını ləğv edib. Matc.az xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasının (AFF) rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, yarımçıq dayandırılmış görüş yenidən keçirilməyəcək. AFF 150 min İsveçrə frankı məbləğində cərimələnib. Məbləğin bir hissəsi koronavirus pandemiyası ilə mübarizəyə dəstək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına köçürüləcək.
 
Xatırladaq ki, ötən il sentyabrın 5-də San Pauloda keçirilən Braziliya – Argentina oyunu start fitindən cəmi 4 dəqiqə sonra yarımçıq dayandırılıb və qonaqlar meydanı tərk ediblər. Bu, meydana yerli polis və miqrasiya xidməti əməkdaşlarının daxil olmasından sonra baş verib. Onlar Emiliano Martines, Emiliano Buendiya, Covani Lo Çelso və Kristian Romeronu deportasiya etmək istəyiblər. Həmin futbolçular Braziliyada 10 günlük karantin qaydalarını pozmaqda ittiham olunublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest