FİFA Hindistan Futbol Federasiyasının təşkilata üzvlüyünü dayandırıb. Matc.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
 
Üzvlüyün dayandırılmasına səbəb üçüncü şəxslərin federasiyanın fəaliyyətinə müdaxiləsi olub ki, bu da FİFA nizamnaməsini ciddi şəkildə pozur. Bu isə o deməkdir ki, bu il oktyabrın 11-dən 30-dək Hindistanda keçirilməsi nəzərdə tutulan 17 yaşadək qızlar arasında dünya çempionatı başqa ölkəyə veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest