58 kq çəki dərəcəsində yarışan taekvondoçumuz Həşim Məhəmmədov yarımfinalda uduzaraq bürünc medalla kifayətlənib.

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında ikinci medalını qazanıb. Matc.az xəbər verir ki, bu gün taekvondo üzrə yarışlara start verilib.
 
58 kq çəki dərəcəsində yarışan taekvondoçumuz Həşim Məhəmmədov yarımfinalda uduzaraq bürünc medalla kifayətlənib.
 
Bununla da Azərbaycanın İslamiadada qazandığı medalların sayı 2-yə çatıb. Azərbaycan medal sıralamasında 1 qızıl və 1 bürünclə 8-cidir. Ötən gün Anna Skidan çəkicatma növündə çempion olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest