Məşhur döyüşçü Rafael Fiziyev Azərbaycanı təmsil edəcək. Matc.az  xəbər verir ki, bu gecə başlayacaq "UFC Vegas58" turnirində Fiziyev məhz Azərbaycan bayrağı altında çıxış edəcək.
 
Onun rəqibi braziliyalı döyüşçü Rafael dos Anjus olacaq. Turnirin əsas görüşləri səhərə yaxın, 05:00-da başlayacaq. Fiziyevin braziliyalı idmançı ilə döyüşü turnirə başçılıq edir və son qarşıdurma olacaq.
 
Bununla da Azərbaycan təmsilçisi ilk dəfə UFC-də döyüşə çıxmış olacaq. (MMA Azərbaycan)
 
Xatırladaq ki, bir neçə gün öncə Nəriman Abbasovun da UFC-də döyüşəcəyi dəqiqləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest