Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov UFC-də çıxış edəcək. Matc.az xəbər verir ki, bu barədə 28 yaşlı idmançı bu gün keçirdiyi mətbuat konfransında açıqlama verib.

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov UFC-də çıxış edəcək. Matc.az xəbər verir ki, bu barədə 28 yaşlı idmançı bu gün keçirdiyi mətbuat konfransında açıqlama verib.
 
Yüngül çəkidə AMC "Fight Nights Global" çempionu artıq UFC ilə 5 döyüş üçün rəsmi müqavilə imzalandığını bildirib:
 
"Burada da uğurla çıxış etmək və çempionluq uğrunda mübarizə aparmaq niyyətindəyəm".
 
Yeri gəlmişkən, bu gün Nəriman Abbasovun azarkeşlərlə görüşü və imza sessiyası keçiriləcək. Tədbir 14:00-da "Gənclik Mall"da başlayacaq. Bütün idman həvəskarları üçün giriş sərbəstdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest