çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA-nın saytına keçirilən səsvermənin qalibi adına "Tottenhem"in oyunçusu Yan Vertongen yiyələnib.

1/8 final mərhələsinin ilk həftəsində fərqlənən belçikalı Dortmund "Borussiya"sı ilə görüşdə (3:0) özünü yaxşı tərəfdən göstərib.

O, azarkeşlər arasında səsvermədə digər üç namizədi arxada qoyub. "Real"ın qapıçısı Tibo Kurtua, PSJ-nin yarımmüdafiəçisi Marko Veratti və "Roma"nın gənc oyunçusu Nikolo Zanyolonu qabaqlayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest