Çempionlar Liqasında videotəkrar sistemi ilk dəfə qərar dəyişib. Hadisə 1/8 final mərhələsinin "Ayaks"la "Real" arasında keçirilən ilk görüşündə baş verib.

çempionlar Liqasında videotəkrar sistemi ilk dəfə qərar dəyişib. Matc.az saytının məlumatına görə, hadisə 1/8 final mərhələsinin "Ayaks"la "Real" arasında keçirilən ilk görüşündə baş verib.

Qarşılaşmanın 38-ci dəqiqəsində "Ayaks"ın müdafiəçisi Nikolas Talyafiko başla toru silkələsə də, VAR-a baxıldıqdan sonra qol qeydə alınmayıb. çünki təkrarda meydan sahiblərinin ofsaydda olan oyunçusunun rəqib qapıçının hərəkətinə mane olduğu görünür. Bu üzdən baş hakim Damir Skomina qolu ləğv edib.

Qeyd edək ki, "Ayaks" - "Real" oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest