Canluici Buffon çempionlar Liqasında 50-ci quru oyununu keçirib. Matc.az xəbər verir ki, italiyalı qapıçı 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Mançester Yunayted" – PSJ görüşündə qapısını toxunulmaz saxlayıb.

İngiltərədəki səfər qarşılaşmasınadək hesabında 49 quru oyun olan Buffon 100-ü Mançesterdə yarılayıb. PSJ-nin 41 yaşlı qolkiperi 50-yə 121-ci matçında çatıb.

Buffon qitənin ən nüfuzlu klub turnirində 50 və daha çox quru oyun keçirən 3-cü qapıçı olub. O, yalnız İker Kasilyas (57) və Edvin van der Sardan (51) geri qalır.

Qeyd edək ki, çempionlar Liqasının statistikalarında təsnifat mərhələləri nəzərə alınmır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest