21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə mayın 22-dən 30-dək Bakıda təlim-məşq toplanışı olacaq.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə mayın 22-dən 30-dək Bakıda təlim-məşq toplanışı olacaq. Matc.az xəbər verir ki, millimiz hazırlıq prossesi çərçivəsində mayın 26-da, saat 17:00-da Sumqayıtdakı “Kapital Bank Arena”da Küveytin 23 yaşadək futbolçulardan ibarət yığma komandası ilə yoxlama oyunu keçirəcək.
 
Millimizin hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
 
1. Əkpər Vəliyev - Şamaxı
2. Nicat Mehbalıyev - Qəbələ
3. Yusif İmanov - Sabah
4. Eldar Tağızadə - Klermon (Fransa)
5. Rauf Hüseynli - Qarabağ
6. Arsen Ağcabəyov - Sabah
7. Rüfət Əhmədov - Qəbələ
8. Zamiq Əliyev - Qarabağ
9. Rəhim Cəfərli - Qarabağ
10. Elçin Mustafayev - Şamaxı
11. Nihad Quliyev - Qarabağ
12. Elvin Cəfərquliyev - Qarabağ
13. Ceyhun Nuriyev - Sabah
14. Səbuhi Abdullazadə - Sumqayıt
15. Fərid Yusifli - Neftçi
16. İsmayıl Zülfüqarlı - Neftçi
17. Emil Səfərov - Qəbələ
18. Rüfət Abdullazadə - Sumqayıt
19. Ədilxan Qarəhmədov - Səbail
20. İldar Ələkbərov - Sabah
21. Abdulla Xaybulayev - Sabah
22. Rüstəm Əhmədzadə - Qarabağ
23. Musa Qurbanlı - Qarabağ
 
Qeyd: “Qarabağ” klubunun üzvləri Musa Qurbanlı, Rüstəm Əhmədzadə və Elvin Cəfərquliyev Azərbaycan kubokunun final qarşılaşmasından sonra düşərgəyə qoşulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest