Futbol üzrə İtaliya A Seriyasında sonuncu – 38-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü dörd qarşılaşma baş tutub.

"Cenoa" evdə "Bolonya"ya, "Atalanta" isə "Empoli"yə minimal hesabla uduzub.

Altı qolun qeydə alındığı "Latsio" – "Verona" matçında qalib müəyyənləşməyib. Səfərdə "Fiorentina" ilə qarşılaşan "Yuventus" isə uğursuz mövsümü məğlubiyyətlə tamamlayıb.

İtaliya A Seriyası
38-ci tur

20 may

Torino – Roma 0:3
Qol: T.Abraham, 33; 42-pen. Pelleqrini, 78-pen.

21 may

Cenoa – Bolonya 0:1
Qol: Barrou, 66.

Atalanta – Empoli 0:1
Qol: Ştulaç, 79.

Latsio – Verona 3:3
Qol: Kabral, 16. Anderson, 29. Pedro, 62 – Simeone, 6. Lasanya, 14. Honqla, 76.

Fiorentina – Yuventus 2:0
Qol: Dunkan, 45+1. N.Qonzales, 90+2-pen.

22 may

14:30. Spetsiya – Napoli
20:00. İnter – Sampdoriya
20:00. Sassuolo – Milan
23:00. Venesiya – Kalyari
23:00. Salernitana – Udineze

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest