Orxan Hüseynzadə UEFA tərəfindən Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Qazaxıstan – Andorra matçına təyinat alıb. Matç.az saytının məlumatına görə, oktyabrın 16-da baş tutacaq qarşılaşmada "Neftçi"nin sabiq prezidenti UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Görüş D liqasının 1-ci qrupu çərçivəsində Astanada oynanılacaq.

Qeyd edək ki, Qazaxıstan – Andorra matçını Ukraynalı Sergey Boyko idarə edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest