Braziliya yığmasının sabiq hücumçusu Jo saxlanılıb. Matc.az xəbər verir ki, hazırda B Seriyası təmsilçisi “Amazonas”ın üzvü olan 37 yaşlı futbolçu aliment ödəməməkdə ittiham olunur.

Hüquq-mühafizə orqanları “Ponte Preta” ilə Kampinas şəhərində oyun keçirməli olan “Amazonas” klubunun avtobusunun gəlməsini gözləyib. Jonun həmin görüşdə start heyətində yer almalı olmasına baxmayaraq, “sambaçı” komanda ilə oyuna gəlməyib. Buna baxmayaraq, polis forvardı tapa bilib və onu şöbəyə aparıb.

2024-cü ilin əvvəlində Jo nüfuzlu model Mayara Kinderolinin dünyaya gətirdiyi Joao Qabrielin atası olduğunu etiraf edib. Lakin o, heç vaxt aliment ödəməyib.

Qeyd edək ki, karyerası ərzində Moskva MOİK-i, “Mançester Siti”, “Everton” və “Qalatasaray” kimi klubların formasını geyinmiş Jo Braziliya yığmasında keçirdiyi 20 oyunda 5 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest