Azərbaycan Kikboksinq Federasiyası (AKF) loqosunu dəyişib. Matc.az federasiyaya istinadən xəbər verir ki, yeni loqoda əvvəlkindən fərqli olaraq, Azərbaycanın atributları əks olunub.
 
Loqonun həm sol, həm də sağ tərəfi Azərbaycan bayrağının rəngləri ilə əhatə edilib. Həmçinin, loqoda bayraqda 8 guşəli ulduzun olduğunu bildirən bu qədər sayda ulduz və iki kikboksçunun mübarizəsi əks olunub.
 
1993-cü ildən fəaliyyət göstərən Azərbaycan Kikboksinq Federasiyasının əvvəlki loqosu 2000-ci ildən mövcud idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest