"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 18-ci turunda "Neftçi"yə qarşı keçirdikləri səfər oyununu şərh edib.

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 18-ci turunda "Neftçi"yə qarşı keçirdikləri səfər oyununu şərh edib. Matc.az xəbər verir ki, o, 0:2 hesabı ilə uduzduqları oyundan sonra bunları söyləyib:
 
"Rəqiblə müqayisədə bir gün az dincəldik. Meydanda futbolçular tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar. Fərdi səhvlərdən iki qol buraxdıq. Səhvlər rəqibin qələbə qazanmasına şərait yaratdı. Bu il fərqli "Neftçi" izləyirik. Meydanda daha intizamlıdırlar. İlk yarıda hər iki kollektiv daha ehtiyatlı davrandı. Fasilədən sonra rəqib təzyiqi daha da artırdı. Bu da nəticəni müəyyənləşdirdi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest