"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində baş tutan "Zirə" ilə səfər oyununu şərh edib.

"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində baş tutan "Zirə" ilə səfər oyununu şərh edib. Matc.az xəbər verir ki, belaruslu mütəxəssis 0:1 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:
 
"Hər iki komandanın timsalında yaxşı oyun izlədik. Kifayət qədər qol imkanı oldu. Yenə də fürsətlərdən istifadə etməkdə çətinlik yaşadıq. Burada kompleks səbəblər var. Hansısa nüansı fərqləndirə bilmərəm. Burada bəxtsizlik, rəqibin oyunu və ustalıq səviyyəsini qeyd etmək olar. Nəticələr kifayət qədər mənfidir. Amma mövsüm davam edir. öz üzərimizdə işləyəcək, qol vurmaqla bağlı problemi aradan qaldıracağıq. İnanıram ki, oyundan-oyuna daha yaxşı çıxış edəcəyik. Futbolda qara zolaq olur. Bu, həm normal, həm də anormal vəziyyətdir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest