"Neftçi" Premyer Liqanın 18-ci turunda qarşılaşacağı "Səbail"lə oyunun hazırlığını başa vurub. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün "Bakcell Arena"da oyunöncəsi son məşqə çıxıb.
 
Hazırlıq prosesində toplu və taktiki çalışmalar yerinə yetirilib.
 
Qeyd edək ki, "Neftçi" – "Səbail" matçı martın 5-də saat 19:15-də "Bakcell Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest