"Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov Premyer Liqamızın 17-ci turunda səfərdə "Səbail"ə 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra mətbuat konfransına qatılıb. Matc.az xəbər verir ki, 39 yaşlı mütəxəssisin oyunla bağlı fikirləri belə olub:
 
- Bizim üçün çox vacib qələbə idi. çempionatın elə bir yerindəyik ki, hər xal vacibdir. çalışdıq ki, ilk dəqiqələrdən oyunda üstünlüyü ələ alaq. Rəqib ilk hissədə bizə qarşı daha çox pressinq tətbiq edirdi. İkinci yarıda isə daha yaxşı təsir bağışladıq, təşəbbüsü ələ aldıq. "Səbail" çempionatda son iki oyunu çox yaxşı keçirmişdi. Son dəqiqələr bizim üçün çox gərgin keçdi. Yenə də deyirəm ki, ən vacibi o idi ki, qələbə qazandıq.
 
- "Qarabağ" - "Marsel" oyununda Qurban Qurbanovun etdiyi feyr-pley jestiylə bağlı nə düşünürsünüz?
- Qurban müəllim bizim yeni nəslin "qoca"asıdır, hər birimiz üçün örnəkdir. Həmin hərəkəti ilə yenə hamımıza bir müəllimlik etdi. O sübut etdi ki, ədalətli oynamaq lazımdır. çoxları bu qərarı birmənalı qarşılamadı. Ancaq biz dəfələrlə "Qarabağ"a qarşı avrokuboklarda ədalətsizliyin olduğunu görmüşük. Bununla bütün dünyaya ədalət dərsi keçdik deyə bilərəm. Bəlkə də qol sayılsaydı, daha sərfəli nəticə qazana bilərdik. Ancaq əsas olan o idi ki, bu jestlə futbol dünyasına səs sala bildik.
 
- "Sabah"ın son turlardakı uğursuz nəticələrinin sizi avrokuboklara daha da yaxınlaşdırdığını demək olar?
- ötən il də bizi avrokuboklarda görənlər çox idi. Zərrə qədər rahatlaşmaq olmaz. "Sabah" da bilirik ki, iddialı komandadır. Son turlarda məğlub olmalarına baxmayaraq, qələbəyə layiq idilər.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest