Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.

çempionatın aşkar autsayderi "Səbail" "Zirə"ni qəbul edb və minimal hesabla məğlub olub. Lider "Qarabağ" isə "Keşlə" ilə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb.

Xatırladaq ki, ilk oyun günündə "Sabah" "Neftçi"yə (0:1), "Sumqayıt" isə "Qəbələ"yə (0:4) məğlub olub.

Azərbaycan Premyer Liqası
17-ci tur
28 fevral

"Səbail" – "Zirə" 0:1
Qol: A.Ramazanov, 45+2.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
Bakı. "ASCO Arena", 17:00.

Səbail: 1. Rəşad Əzizli, 14. Rahid Əmirquliyev (k), 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 6. Cabir Əmirli, 10. Cavid Tağıyev, 19. Ruslan Hacıyev, 39. Tural Bayramlı, 34. Yurqen Qoxa, 30. Camal Araqo, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 17. Elçin Rəhimli, 11. Rauf Əliyev, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev, 44. Şamil Cəfərov, 66. İbrahim Aslanlı, 38. Zeynəddin Abdurahmanov.
Baş məşqçi: Aftandil Hacıyev.
Zirə: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 44. Dmitrios çantakias, 47. Məhəmməd Hamdaui, 9. Loris Broqno, 14. Hamidu Keyta, 92. Brayan Alseus, 4. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 15. Ruslan Abışov, 5. Rahil Məmmədov, 18. Davit Volkov, 99. Ahmed Ayzaya, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov, 56. Samir Ağayev.
Baş məşqçi: Rəşad Sadıqov.

"Keşlə" – "Qarabağ" 0:0
Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Vüsal Məmmədov, Kamal Umudlu.
Bakı. "ASK Arena", 19:15.

Keşlə: 1. Stanislav Namaşko, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 99. Rafael Məhərrəmli, 11. Sadio Tounkara, 77. Merab Giqauri, 10. Felipe Santos, 6. Franko Flores, 9. Natan Oduva, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 38. Sahib Həsənov, 3. Tərlan Quliyev, 8. Tural Axundov, 5. Kərim Diniyev, 13. Pərviz Azadov, 50. Samir Abdullayev, 70. Bahadur Həziyev, 95. Rəhman Daşdəmirov, 74. Kamal Kazımov.
Baş məşqçi: Sənan Qurbanov.
Qarabağ: 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda (k), 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev, 97. Rüstəm Əhmədzadə, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 12. Emil Balayev, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 10. Abdullah Zubir, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 21. Rauf Hüseynli, 27. Toral Bayramov.
Baş məşqçi: Qurban Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest