Jurnalist Araz Əhmədovun təqdimatında yeni veriliş işıq üzü görüb. Matc.az xəbər verir ki, ölkəmizin tanınmış şəxslərinin, idman və ictimai xadimlərinin, uğur qazanan insanlarının qonaq olacağı verilişin adı "Həyatın dəyəri"dir.
 
"Youtube" üzərindən yayımlanan proqramın ilk qonağı Azərbaycanın tanınmış diktoru Ramiz Qafarov olub.
 
Qafarov "Həyatın dəyərin"də bu sənətə necə gəlməsindən, ölkəmizdə yeganə peşəkar diktor olmasından, ona lazımi dəyər verilməməsindən və bir çox maraqlı məqamlardan danışıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest