21 Noyabr 2021, 00:32
                
                
                
                                DİGƏR 
                                
                
               
              
				  
 
	Sloveniyanın çatej şəhərində keçirilən şahmat üzrə Avropa çempinatı davam edir. Matc.az xəbər verir ki, Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları da bu gün növbəti görüşlərini keçiriblər.
	Kişilərdən ibarət komanda Ukrayna yığması ilə qarşılaşıb. Bu görüşdə qalib müəyyənləşməyib. Qadınlardan ibarət kollektiv isə Macarıstanla üz-üzə gəlib. Bu qarşılaşmada da eyni hesab qeydə alınıb.
	Bu nəticədən sonra Azərbaycan 10 xalla 4-cü pillədə qərarlaşıb. Polşa, Ukrayna, Fransa, Niderland, Macarıstan və Yunanıstan da eyni xala malikdir. Bu komandaların hamısı son tur öncəsi qızıl və gümüş medal şanslarını itiriblər. Onlar həlledici turda yalnız bürünc medal uğrunda mübarizə aparacaqlar.
	Avropa çempionatı
8-ci tur
8-ci tur
	20 noyabr
	Kişilər
	Azərbaycan - Ukrayna - 2:2
	Teymur Rəcəbov - Anton Korobov - 0,5:0,5
	Rauf Məmmədov - Andrey Volokitin - 0,5:0,5
	Qədir Hüseynov - Yuri Kuzubov - 0,5:0,5
	Nicat Abbasov - Kirill Şevçenko - 0,5:0,5
	Qadınlar
	Macarıstan - Azərbaycan - 2:2
	Sidoniya Lazarne - Günay Məmmədzadə - 0,5:0,5
	Titsiya Qara - Gülnar Məmmədova - 0,5:0,5
	Joka Qaal - Xanım Balacayeva - 1:0
	Barbara Mihok-Yuhas - Gövhər Beydullayeva - 0:1
				
         	
                                             
               
 
             
 




_1761919595.jpg)



_1761913751.jpg)




_1761908608.jpg)

