Türkiyə milli komandası Dç-2022-nin pley-off mərhələsinə vəsiqə qazanıb. Matc.az xəbər verir ki, yığmanın çalışdırıcısı Ştefan Kunts bu mərhələdə qarşılaşmaq istəmədiyi rəqiblərin adlarını açıqlayıb.
 
O, Monteneqro ilə səfər matçından (2:1) sonra keçirilən mətbuat konfransında "pley-offda hansı komanda ilə qarşılaşmaq istəməzsiz" sualına belə cavab verib:
 
"Nənəmin yaxşı bir sözü var idi: təsir edə bilməyəcəyin şey haqda çox düşünməyə ehtiyac yoxdur. Potensial rəqiblərimizin hamısı güclüdür. Reqlamentə görə ilk oyunumuzu səfərdə keçirəcəyik. Seçim şansım olsa, Portuqaliya və İtaliya səfərlərinə getməməyi seçərdim".
 
Pley-off mərhələsinin püşkatması noyabrın 26-da olacaq. Səpələnməmişlər səbətində yer alan Türkiyə yığmasının potensial rəqibləri Portuqaliya, Şotlandiya, İtaliya, Rusiya, İsveç və Uels yığmalarıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest