2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan komandaların sayı 9-a çatıb. Matc.az xəbər verir ki, Dç-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 10-cu turun bəzi oyunlarından sonra daha üç komanda mundiala vəsiqə qazanıb.
 
Bunlar Xorvatiya, İspaniya və Serbiya yığmalarıdır. Daha öncə mundiala ev sahibliyi edəcək Qətərlə yanaşı, Braziliya, Almaniya, Danimarka, Belçika və Fransa yığmalarının da dünya çempionatında iştirak edəcəyi dəqiqləşmişdi.
 
Gələn il Qətərdə keçiriləcək dünya çempionatı 21 noyabr – 18 dekabr aralığında baş tutacaq.
 
Dç-2022-yə vəsiqəni təmin etmiş komandalar:
 
Qətər, Braziliya, Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya, İspaniya.
 
Dç-yə vəsiqə uğrunda pley-off oynayacaq komandalar:
 
Avstriya, çexiya, Portuqaliya, İsveç, Şotlandiya, Rusiya, Şimali Makedoniya, Uels

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest