Futbol üzrə İtaliya A Seriyasında 10-cu turun oyunları keçirilir. Matc.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.
 
“Udineze” – “Verona” matçında qalib müəyyənləşməyib. “Atalanta” səfərdə “Sampdoriya”nı, “Roma” isə “Kalyari”ni məğlub edib. “Latsio” da “Fiorentina”nı məğlub yola salıb.
 
“İnter” bu turda “Empoli”nin qonağı olub və inamlı qələbəyə sevinib. “Yuventus” isə “Sassuolo” ilə ev oyununda gözlənilməz məğlubiyyətlə üzləşib.
 
Turun son matçında lider “Napoli” doğma meydanda “Bolonya” ilə qarşılaşacaq.
 
İtaliya A Seriyası
10-cu tur
26 oktyabr
 
Spetsiya – Cenoa 1:1
Qol: Siriqu, 66-öz qapısına – Krişito, 86.
 
Venetsiya – Salernitana 1:2
Qol: Aramu, 14 – Bonatsoli, 61. Skyavone, 90+5.
 
Milan – Torino 1:0
Qol: Jiru, 14.
 
27 oktyabr
 
Udineze – Verona 1:1
Qol: Saksess, 3 – Barak, 83-pen.
 
Yuventus – Sassuolo 1:2
Qol: Makkenni, 76 – Frattesi, 44. M.Lopes, 90+5.
 
Sampdoriya – Atalanta 1:3
Qol: Kaputo, 10 – Askildsen, 17-öz qapısına. Sapata, 21. İliçiç, 90+5.
 
Empoli – İnter 0:2
Qol: D’Ambrozio, 34. Dimarko, 66.
 
Kalyari – Roma 1:2
Qol: Pavoletti, 52 – İbanes, 71. Pelleqrini, 78.
 
Latsio – Fiorentina 1:0
Qol: Pedro, 52.
 
28 oktyabr
 
22:45 Napoli – Bolonya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest