04 Oktyabr 2021, 15:33
                
                
                
                                DİGƏR 
                                
                
               
              
				  
 
	Azərbaycan gimnastları İzmir şəhərində təşkil olunmuş batut üzrə Türkiyə çempionatında uğurlu çıxış ediblər. Matc.az xəbər verir ki, böyüklər arasında Selcan Mahsudova, 13-14 yaşlı gimnastlar arasında isə Maqsud Mahsudov qızıl medal qazanıb. Onunla eyni yaş qrupunda çıxış edən Mehdi Əliyev 7-ci olub.
	M.Mahsudov, Mehdi Əliyev və Hüseyn Abbasov 13-14 yaşlılar arasında komanda hesabında 2-ci yeri tutublar. Daha bir medalı isə 10-12 yaşlı gimnastların mübarizəsində Ammar Baxşaliyev qazanıb. O da fəxri kürsünün 2-ci pilləsinə qalxıb.
	Qeyd edək ki, Azərbaycanı yarışda Selcan Mahsudova, Maqsud Mahsudov, Hüseyn Abbasov, Mehdi Əliyev, İbrahim Mustafazadə və Ammar Baxşaliyev təmsil edib.
				
         	
                                             
               
 
             
 




_1761919595.jpg)



_1761913751.jpg)




_1761908608.jpg)

