30 Sentyabr 2021, 08:13
                
                
                
                                DİGƏR 
                                
                
               
              
				  
 
	Azərbaycanın qadın ağırlıqqaldıranı Boyanka Kostovanın cəzası bəlli olub. Matc.az  xəbər verir ki, dopinq-testi müsbət nəticə vermiş bolqarıstanlı legioner 8 illik müddətinə yarışlardan diskvalifikasiya edilib. İdmançının cəza müddəti 2021-ci il mayın 10-dan hesablanır.
	Kostovanın orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol anabolik steroidi tapılıb.
	Qeyd edək ki, Kostova bu il aprelin 5-də Rusiyanın paytaxtı Moskvada keçirilmiş qitə çempionatında 59 kq çəki dərəcəsində qızıl medal qazanıb. Bu, 28 yaşlı ağırlıqqaldıranın 2012, 2015 və 2016-cı illərdən sonra karyerasında dördüncü Avropa çempionluğu olub. 
	O, həm də 2015-ci il dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2016 - 2018-ci illərdə də dopinqə görə cəzalanmış Kostovanın London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəsi ləğv olunub.
				
         	
                                             
               
 
             
 




_1761919595.jpg)



_1761913751.jpg)




_1761908608.jpg)

