20 Sentyabr 2021, 09:57
                
                
                
                                DİGƏR 
                                
                
               
              
				  
 
	Sentyabrın 29-da İtaliyanın Pezaro şəhərində keçiriləcək akrobatika üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
	Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən matc.az-a verilən məlumata görə, beş gün davam edəcək yarışda 7 idmançı çıxış edəcək.
	Raziyə Seyidli və Ağasif Rəhimov qarışıq cütlük proqramında çıxış edəcək. Qadın qrupunda Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadə, kişi cütlüyü proqramında Daniel Abbasov və Murad Rəfiyev mübarizə aparacaq.
				
         	
                                             
               
 
             
 















