Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Açılış matçında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası "Legiya" (Polşa) Rusiyada "Spartak" (Moskva) klubu ilə üz-üzə gəlib. Qarşılaşma Polşa çempionunun qələbəsiylə yekunlaşıb.

Azərbaycanlı futbolçu da bu görüşün iştirakçısı olub. Mahir komandasının start heyətində meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.

Qrup mərhələsinin ilk turunun qalan oyunları sabah keçiriləcək.

Avropa Liqası
Qrup mərhələsi, C qrupu
15 sentyabr

Spartak (Moskva, Rusiya) – Legiya (Polşa) 0:1
Qol: Kastrati, 90+1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest