04 Sentyabr 2021, 10:06
                
                
                
                                DİGƏR 
                                
                
               
              
				  
 
	Azərbaycan təmsilçiləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha iki qızıl medal qazanıb. Matc.az xəbər verir ki, paraatlet Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda 55 saniyə ilə bütün rəqiblərini geridə qoyub. O, həmçinin paralimpiya rekordunu da qırıb.
	Bundan əlavə, digər paraatlet Orxan Aslanov uzunluğa tullanma növündə qızıl medal əldə edib. O, 7.36 metr nəticə göstərib.
	Qeyd edək ki, aktivində 14 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 9-cu pillədə qərarlaşıb.
				
         	
                                             
               
 
             
 















