01 Sentyabr 2021, 15:02
                
                
                
                                DİGƏR 
                                
                
               
              
				  
 
	Azərbaycan üzgüçüsü Vəli İsrafilov Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb. Matc.az xəbər verir ki, o, 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 1 dəqiqə 04.86 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb.
	İsrafilov həmçinin paralimpiada rekordunu da qırıb. O, həm də Azərbaycanın ən gənc paralimpiya çempionu ünvanına sahib çıxıb.
	Qeyd edək ki, hazırda aktivində 11 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 10-cu yerdə qərarlaşıb.
				
         	
                                             
               
 
             
 















