29 Avqust 2021, 14:02
                
                                DİGƏR 
                                
              Azərbaycan paralimpiyaçısı İlham Zəkiyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb. Matc.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsindəki 41 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə mübarizə aparmadan qalib elan edilib.
				  
	Buna özbəkistanlı rəqib Şirin Şaripovun qarşılaşmaya çıxmaması səbəb olub. Şaripov əvvəlki qarşılaşmasında qadağan edilmiş fənddən yararlandığı üçün yarışdan kənarlaşdırılıb.
	Beləliklə, Azərbaycan Tokio-2020-də 12-ci medalını əldə edib. Medallardan 9-u qızıl, 3-ü isə bürünc əyarlıdır. Komandamız bu göstərici ilə 7-ci pillədə qərarlaşıb.