29 Avqust 2021, 11:34
                
                
                
                                DİGƏR 
                                
                
               
              
				  
 
	Azərbaycan paraatleti Elmir Cəbrayılov Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizəni dayandırıb. Matc.az xəbər verir ki, idmançı 100 metr məsafəyə qaçış üzrə təsnifat mərhələsində finişə çata bilməyib.
	Azərbaycan Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, buna Elmirin ayağında olan zədə səbəb olub. Bu üzdən də o, mübarizəni məcburi dayandırıb və finala vəsiqə qazanmaq şansını itirib.
				
         	
                                             
               
 
             
 















