28 Avqust 2021, 12:02
                
                
                
                                DİGƏR 
                                
                
               
              
				  
 
	Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb. Matc.az xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə özbəkistanlı Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Görüş Azərbaycan təmsilçisinin qələbəsiylə başa çatıb – 1:0.
	Bununla da, Azərbaycan Tokio-2020-də 4-cü "qızıl"ını qazanıb.
	Tokio-2020 Yay Paralimpiya Oyunlarında bundan əvvəl Şəhanə Hacıyeva, Vüqar Şirinli və Raman Saleh qızıl medal qazanmışdı.
				
         	
                                             
               
 
             
 















