20 Avqust 2021, 15:59
FUTBOL
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk yoluxma halı aşkarlanıb. Matc.az xəbər verir ki, bu fakta “Sabah”da rast gəlinib.
Belə ki, Azərbaycan milli komandasının da üzvü olan yarımmüdafiəçi Aleksey İsayevin COVİD-19 testi pozitiv çıxıb.
Koronavirusa yoluxan millinin üzvü ikinci tur çərçivəsində sabah “Sumqayıt”la keçiriləcək matçda iştirak etməyəcək.