Mete Qazoz mikstlərin yarışında Yasemin Ecem Anagözlə birlikdə dördüncü olmuşdu. Onlar bürünc medal uğrunda görüşdə meksikalılara uduzmuşdular.

Tokio Yay Olimpiya Oyunlarında kişilərin oxatma yarışlarına yekun vurulub. Matc.az xəbər verir ki, finalda Mauro Nespolini (İtaliya) 6:4 hesabı ilə məğlub edən Mete Qazoz qızıl medala sahib çıxıb. Mete Tokio-2020-də Türkiyəyə ilk qızıl medalı qazandırıb. Çin Taybeyinin təmsilçisi Dan Çjiçjuna qalib gələn Takaharu Furukava (Yaponiya) isə bürünc medalçı olub.
 
Qeyd edək ki, Mete Qazoz mikstlərin yarışında Yasemin Ecem Anagözlə birlikdə dördüncü olmuşdu. Onlar bürünc medal uğrunda görüşdə meksikalılara uduzmuşdular.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest