"Ümid edirəm ki, futbolçular daha yaxşı olacaqlar".

Tacikistan millisinin baş məşqçisi İqor Angelovski Azərbaycanla yoldaşlıq görüşündən (0:1) sonra mətbuat konfransında iştirak edib.

Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının çıxışını şərgh edib:

"Azərbaycan millisini təbrik edirəm. Hər iki komandanın şansları oldu. Azərbaycanda keyfiyyətli futbolçular çoxdur. Biz də müəyyən qol epizodları yaratdıq. Amma istifadə edə bilmədik. Komandamız yaxşı oynadı. Qol vura bilməsək də təhlükəli vəziyyətlər yarada bildik.

Azərbaycan millisindən yaxşı oyun gözləyirdim. Ümid edirəm ki, futbolçular daha yaxşı olacaqlar. Azərbaycan komandasına nailiyyətlər arzulayıram. Ümid edirəm ki klub səviyyəsində qazandıqları uğurları milli səviyyəsində də təkrarlayarlar".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest