23 Sentyabr 2026, 20:39
FUTBOL
"Barselona" 16 yaşlı portuqaliyalı hücumçu Dani Freyreni heyətinə qatacaq.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, müqavilə 3 il üçün nəzərdə tutulub, lakin keçidin maliyyə detalları açıqlanmır. Kataloniya klubu futbolçunu baxışa dəvət etdikdən sonra bu transferi rəsmiləşdirmək qərarına gəlib.
Buna qədər Freyre Lüksemburqun "Fola" və "Rasinq" klublarında çıxış edib, ötən mövsüm isə UEFA Gənclər Liqasında iki matçda meydana çıxıb













