Tokio Yay Olimpiya Oyunlarında qadın basketbolçuların mübarizəsi davam edir. Matc.az xəbər verir ki, bu gün B və C qruplarında ikinci tura yekun vurulub.
 
Turnirin favoriti ABŞ ikinci matçından da qalib ayrılıb. Amerikalılar bu səfər ev sahibi Yaponiyadan güclü olub. Nigeriyanı məğlub edən Fransa isə Tokio-2020-də ilk qələbəni aktivinə yazdırıb. İki turdan sonra ABŞ B qrupunda liderdi.
 
Belçika Puerto-Rikonu çətinlik çəkmədən məğlub edib. çin isə Avstraliyaya qalib gəlib. İki turdan sonra itkisiz irəliləyən Belçika və çin C qrupunda ilk iki sıranı bölüşürlər.
 
B qrupu
 
ABŞ - Yaponiya - 86:69
 
Fransa - Nigeriya - 87:62
 
Turnir cədvəli: 1. ABŞ (2-0 / 4 xal), 2. Fransa (1-1 / 3), 3. Yaponiya (1-1 / 3), 4. Nigeriya (0-2 / 2).
 
C qrupu
 
Belçika - Puerto-Riko - 87:52
 
çin - Avstraliya - 76:74
 
Turnir cədvəli: 1. Belçika (2-0 / 4), 2. çin (2-0 / 4), 3. Avstraliya (0-2 / 2), 4. Puerto-Riko (0-2 / 2).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest