İngiltərənin "Tottenhem" komandasını bu mövsümün sonuna qədər Rayan Meyson çalışdıracaq.
 
Matc.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Klub rəhbərliyi Joze Mourinyonun istefaya göndərilməsindən sonra müvəqqəti baş məşqçi postuna məhz Meysonu gətirməyə qərar verib. Bununla da Premyer Liqa təmsilçisi yeni baş məşqçi seçimində tələsməməyi və vaxt qazanmağı düşünür.
 
Qeyd edək ki, Joze Mourinyo ötən gün istefaya göndərilib. Portuqaliyalı baş məşqçi 2019-cu ildən London klubunu çalışdırırdı. Onun müqaviləsinin müddəti 2023-cü ilin yayına qədər idi.
 
"Tottenhem" bu mövsüm Premyer Liqada keçirdiyi 32 oyundan sonra 50 xalla 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest